Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycan internet bazarına 3-cü “Backbone” provayderi gəlir

Azərbaycanın internet bazarına ölkəmizi beynəlxalq internet şəbəkəsinə bağlayan 3-cü magistral (Backbone) internet provayderi daxil olur.
Yenixeber.org: Bu səlahiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" MMC-yə verilməsi üçün işlər aparılır.
“Aztelekom”dan bildirilib ki, hazırda mümkün imkanlar araşdırılır:
“Ölkədə telekommunikasiya sahəsində sağlam rəqabətin təmin edilməsi üçün fərqli operatorların fəaliyyət göstərməsi vacib amildir. “Aztelekom” MMC olaraq, bazarda müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsində maraqlı olmaqla bərabər, hazırkı dövrün yüksək texnologiyaların tətbiq edilməsi üçün mümkün imkanları dəyərləndiririk. Mövcud müştəri tələblərinin qarşılanması üçün uzunmüddətli inkişaf strategiyamızda bu imkanlardan yararlanmağı hədəfləyirik”.
Qeyd edək ki, “Aztelekom” MMC ölkə üzrə fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.
Hazırda Azərbaycanda “Delta Telekom” və “Azertelecom” MMC-lər “Backbone” internet provayderidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam