Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Azərbaycanda əmlakın qeydiyyatı ilə bağlı xərclər azaldılacaq

 

Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı xərclər azaldılacaq.

Yenixeber.org: Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, aidiyyəti dövlət qurumlarının və özəl tərəfdaşların iştirakı ilə keçirilən "Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)" indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi"nin təqdimatında bildirib.

"Yol xəritəsi çərçivəsində 32 tədbirin reallaşdırılması nəzərdə tutulur. Bunlardan 23-ü İqtisadiyyat Nazirliyinə, qalanı isə İşçi Qrupunda təmsil olunan digər qurumlara məxsusdur. Əvvəlki illərdə də ölkədə əmlakın qeydiyyatı və biznesə təsiri sahəsində tədbirlər görülüb. Əsas hədəf olan həm biznes, həm də vətəndaşlar üçün əmlak hüquqlarının qeydiyyatı ilə bağlı xərclərin, eləcə də prosedurların və müraciət ediləcək dövlət qurumlarının sayının azaldılmasına nail olmuşuq. Əsas hədəflərimiz elektronlaşdırılma səviyyəsinin ən yüksək mərhələyə çatdırılması, əmlak hüquqlarının qeydiyyata alınmasının bütün mərhələlərində avtomatlaşdıraraq sistem üzərindən məmur vətəndaş ünsiyyəti olmadan onlayn qaydada tətbiqi, sənəd qəbulunun tam şəffaf həyata keçirilməsidir", - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam