İmtahanın nəticələri açıqlanıb -55 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
Dövlət İmtahan Mərkəzinin yanvarın 15-də keçirdiyi kağız daşıyıcılar vasitəsilə BB vəzifə altqrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri açıqlanıb.
Yenixeber.org: Namizədlər
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 118 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 7, BB2 altqrupu üzrə 10, BB3 altqrupu üzrə 19, BB4 altqrupu üzrə 19 nəfər olmaqla, ümumilikdə 55 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 17 yanvar saat 10:00-dan 19 yanvar saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 yanvar 2023-cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.