Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Türkiyə ilə Ermənistan arasında bu əlaqə də quruldu

Türkiyə ilə Ermənistan arasında internet əlaqəsi quruldu
“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımlar atılıb”.
Yenixeber.org: Bu haqda diplomatik mənbələr məlumat yayıb.

Məlumata görə, Ankara və İrəvan arasında konsulluq xidmətləri ilə bağlı işlər uğurla davam edir: “Türkiyə ilə Ermənistan arasında həyata keçirilən müzakirələr nəticəsində hava yolu ilə yükdaşınmaları mümkün olub. Bu, iki ölkə arasındakı iqtisadi əlaqələr üçün mühüm töhfədir”.

Qeyd olunub ki, iki ölkə arasında internet əlaqələri qurulub.

"Qarşılıqlı uçuşlar yaxşı gedir. İnsanların təması başlayıb. Onlar rahat gedib -gəlirlər. Bu dövrdə gözlə görülməyən şeylər də oldu. Türkiyə vətəndaşı Ermənistana birbaşa nəqliyyat olmadığı üçün Tbilisidən viza alırdı. İndi internet əlaqəsi yaradılıb. Amma əvvəl Ermənistanla internet üzərindən əlaqə saxlamaq imkanı yox idi. Ermənistandakı internet Türkiyə ərazisində bağlı idi. Artıq açıldı. Konsulluqla bağlı işlər yaxşı davam edir. Eyni zamanda görünməyən bəzi hümanitar addımlar da atılıb", -diplomatik mənbə bildirib.

Məlumata görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib: “Amma bundan sonrakı müzakirələr ya Türkiyədə, ya da Ermənistanda baş tutacaq”.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.(“TRT Haber”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam