Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Başqırdıstanın ilk Prezidenti dəfn edilib

 

Başqırdıstanın ilk Prezidenti Murtaza Rəhimov 88 yaşında paytaxt Ufa şəhərində dəfn edilib.

Yenixeber.org: Vida mərasimi “Başqırdıstan” dövlət konsert salonunda keçirilib.

Mərasimdə Rusiya Prezidenti Vladimir Putin də iştirak edib və Başqırdıstanın birinci liderinin tabutu önünə qırmızı qızılgül dəstəsi qoyub.

Bildirilib ki, dəfn mərasimi Ufanın tarixi küçələrindən keçib. Başqırdıstanın ilk Prezidentini son mənzilə yola salmağa minlərlə insan gəlib. Murtaza Rəhimov şəhərin müsəlman qəbiristanlığında dəfn edilib.

V.Putin bildirib ki, Murtaza Rəhimov Rusiya tarixində dönüş nöqtəsində mühüm sabitləşdirici rol oynayıb. O, Başqırdıstanın rəhbəri Radiy Xabirova respublikanın birinci Prezidentinin xatirəsinin əbədiləşdirilməsi məsələsi üzərində düşünməyi tapşırıb.

Tədbirdə Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyev, Tatarıstanın hazırkı Prezidenti Rüstəm Minnixanov və Rusiya Prezidentinin Volqa Federal Dairəsindəki nümayəndəsi İqor Komarov da iştirak edib.

Xatırladaq ki, Murtaza Qubaydulloviç Rəhimov 1934-cü il fevralın 7-də Başqırdıstanın Kuqarçin rayonunun Tavakanovo kəndində anadan olub, 2023-cü il yanvarın 11-də Ufada vəfat edib. 1990-cı il aprelin 7-də 2010-cu il iyulun 15-dək respublikaya rəhbərlik edib. 2010-cu il oktyabrın 22-dən 2023-cü il yanvarın11-dək “Ural” Xeyriyyəçilik Fondu Şurasının sədri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam