Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Avropa Parlamentinin sədri korrupsiyaya qarşı mübarizədən danışıb

 

"Avropa Parlamenti deputatlarının elan olunmamış səfərlərini, eləcə də kənardan və pul müqabilində qeyri-qanuni təsir altında qəbul edilə bilən qanunvericilik aktlarını araşdıracaq", - deyə parlamentin sədri Roberta Metsola bildirib.

“Yenixeber.org”  euronews-a istinadən məlumat verir ki, o, “Katargate” adlanan - Brüsseldə və ondan kənarda siyasi fırtınaya səbəb olan qalmaqal fonunda müsahibə verib. Bu səbəbdən  yunan Eva Kaili vitse-spiker postunu itirdi.

"Biz düzəlişlərin edilməsi prosesinə, qanunların icra müddətinə, qətnamələrin müzakirəsinə baxırıq", - deyə, Metsola bildirib.

Belçika hakimiyyət orqanlarının başladığı araşdırma dekabrın əvvəlində parlamentdə Qətər və Küveyt üçün viza rejiminin liberallaşdırılmasını təsdiqləyən səsvermə ilə bağlı şübhələrdən qaynaqlanıb. Bir neçə avropalı qanunvericiliyinin Fars körfəzi regionuna ev sahibi tərəfindən ödənilən səfərləri də şübhəli görünürdü:

“Mən əmin olmaq istəyirəm ki, vacib maraq sahələrinə toxunulduğu zaman həyəcan təbili daha tez çalınacaq”, - deyə, Metsola bildirib. "Mən Avropa Parlamentinin bütün üzvlərinə və çalışanlara deyəcəyəm ki, səhv bir şey gördükləri təqdirdə necə davranacaqlarını bilsinlər. Biz bir sıra sürətli və təsirli tədbirlər görürük. Əsasən, biz hesabatlılıq, dürüstlük və müstəqillik anlayışlarını yenidən tətbiq etməliyik"- deyə o, öz çıxışına davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam