Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağ və Şərqi Zəngəzurda inşa edilən məktəblərlə bağlı son vəziyyət açıqlanıb

 

İşğaldan azad edilən ərazilərdə inşa edilən və tikintisi planlaşdırılan məktəblərlə bağlı son vəziyyət açıqlanıb.

Yenixeber.org: Bu barədə Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev məlumat verib.

Ötən il Tərtər rayonunun Suqovuşan qəsəbə məktəbinin əsaslı təmir edildiyini xatırladan rəis müavini bildirib ki, həmin təhsil müəssisəsi istismara verilməsə də, açılışa hazırdır.

F.Əliyev hazırda Şuşada 960 yerlik 1 nömrəli və Ağdam şəhərində 960 yerlik 1 nömrəli məktəblərin tikildiyini söyləyib. Bildirib ki, hər iki təhsil müəssisəsinin bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur.

Rəis müavini deyib ki, bundan əlavə, Özbəkistan hökuməti tərəfindən Füzulidə 960 yerlik məktəb tikilir. Bir də Cəbrayılda yerli sponsorun təşəbbüsü ilə 960 yerlik məktəb inşa olunur. O, Füzulidə tikilən məktəbin də bu ilin sentyabrında təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Nazirlik rəsmisi həmçinin əlavə edib ki, Füzuli Peşə məktəbinin, Kəlbəcərdə 960 yerlik məktəbin, Zəngilanda 960 yerlik məktəbin, Şuşa Realnı məktəbinin layihələndirmə işləri aparılır: "Bir də Laçında 2 nömrəli və Zabux-Laçın məktəbinin əsaslı təmirinə başlanılıb. Onların da bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam