Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Külli miqdarda narkotik vasitəni həyətində olan taxıl anbarında gizlədən şəxslər saxlanılıb -FOTOLAR

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Çiyni kənd sakini Anar Əliyev saxlanılıb.

Yenixeber.org: Polis əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən və taxıl anbarı kimi istifadə edilən yardımçı tikilidən külli miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, A.Əliyev tərəfindən arpa dənlərinin altında gizlədilmiş və  təmiz çəkisi 1 kiloqram 580 qrama yaxın olan 300 ədəd kibrit qutusunda və 17 ədəd kağız bükümdə qablaşdırılmış marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı A.Əliyev həmin marixuananı ötən ilin may ayında həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığını bildirib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı əvvəllər də narkotiklərə görə məhkum olunmuş rayon sakini Məmməd Abdullayev də saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə ondan iki kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Narkotiki taxıl anbarında gizlədən şəxs TUTULDU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam