Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Azərbaycan “Türk axını”nda iştirakçı ola bilər” -Fatih Dönməz

Yenixeber.org: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“Türkiyə təbii qazı 15 müxtəlif mənbədən alır. Azərbaycan, Rusiya və İran ən çox təbii qaz ehtiyatına malik ölkələrdəndir. Bir tərəfdən, Avropanın cənub-şərqində təbii qaz mərkəzi olmaq cəhdimiz var idi. Bolqarıstanda bağlanmış müqavilə ilə buna doğru ilk addım atmışıq".

Nazir əlavə edib ki, Xəzərin şərqindən, İraqdan və Şərqi Aralıq dənizindən gələcək qaz mənbələri əlavə etmək olar. Bu mənbənin daxil olduğu nöqtədə bazarın və ticarətin formalaşması tamamilə təbiidir. Buna yerli qazını da əlavə etdikdə, Türkiyənin xeyli böyük qaz ehtiyatları olacaq:

“Son aylar Bolqarıstanla bəzi texniki danışıqlar aparılıb. Üç həftə əvvəl Prezidentimiz (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-red) İstanbulda Bolqarıstanın nümayəndə heyətini qəbul etdi. Gündəmdə enerji və təbii qaz var idi. Bolqarıstan da bizim kimi enerji sahəsində xaricdən asılı ölkədir. Onlar alternativ mənbələr axtarırdılar”.

Fatih Dönməzin sözlərinə görə, Türkiyənin infrastrukturu kifayət qədər güclüdür:

“Anbarlarımızın tutumunu artırdıq. Söhbət ilk növbədə öz təchizat təhlükəsizliyimizdən, daxildə istehlak ediləcək qazın emalı və ötürülməsindən gedir.

Rusiya ilə müqavilələrimiz illərdir davam edir. İlk tədarükçümüz Rusiya idi. Mərhum Özalın (Türkiyənin sabiq prezidenti Turqut Özal-red) hakimiyyəti dövründə imzalanmış sazişdir”.

“Biz hakimiyyətə gələndə cəmi 5 böyük şəhərdə, 50 rayonda təbii qaz var idisə, bu gün 81 rayonu qazlaşdırmışıq. Qərbdən gələn xətt kifayət etmədi. “Mavi axın” Samsundan gəldi. Bundan sonra TANAP əlavə edildi. “Türk axını” iki boru kəməri istismara verilib. Biri yalnız bizim üçün işləyir, digəri Bolqarıstan vasitəsilə Avropaya gedir. Azərbaycan, Rusiya, İran burada iştirakçı ola bilər. Çoxlu terminallarımız var. Biz burada bazar açırıq”, - nazir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam