Yenixeber.org: Bu barədə "Taliban" hökumətinin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb bu QHT-lərdə işləyən bəzi qadınların "Taliban"ın irəli sürdüyü geyim qaydalarına əməl etməməsidir.
"Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib "Reuters"ə deyib ki, məktub Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir.
Xatırladaq ki, bu agentliyə 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.
"Taliban"dan qadınlara daha bir qadağa

"Taliban" Əfqanıstanda qeyri-hökumət təşkilatlarına (QHT) qadınların işdən uzaqlaşdırılması əmrini verib.