Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Qazidən Füzuli İcra Hakimiyyətinə sensasion ittiham:“Şirinlik istədi vermədim, obyektimi sökdülər!”

“Şirinlik istədi vermədim, obyektimi sökdülər!” – Qazidən Füzuli İcra Hakimiyyətinə sensasion ittiham

Füzuli rayonunda 44 günlük Vətən müharibəsi qazisinin səsləndirdiyi iddialar gündəm olub.

Yenixeber.org: Rayon sakini, qazi Quliyev Şahin Famiq oğlu Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyini qanunsuzluqda ittiham edib.

Qazinin sözlərinə görə, o, şəxsi vəsaiti hesabına inşa etdiyi obyektin sökülməsi ilə üzləşib. Qazi iddia edir ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yalnız “pul verənlərə” obyekt tikintisinə icazə verir, lakin o, rüşvət vermədiyi üçün inşaat işləri dayandırılıb və tikili sökülüb.

Quliyev Şahin şikayətində Memarlıq və Tikinti şöbəsinin müdiri Natiq Ağayevin ondan pul tələb etdiyini bildirib.

“Pulu olan rahat tikinti aparır, heç kim ona mane olmur. Amma mən qaziyəm, rüşvət vermədim deyə, obyektimi sökdülər,” – deyə Şahin Quliyev videomüraciətində qeyd edib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, Füzuli Rayon İcra Hakimiyyətindən hər hansı cavab almaq mümkün olmayıb. (tribunainfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam