Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

İqtisadiyyat naziri qurumun əməkdaşlarına orden və medallar təqdim edib

 

İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib.

Yenixeber.org: İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə. nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə də Azərbaycan iqtisadiyyatında dinamik inkişafın davam etdiyini vurğulayıb, əldə olunmuş nəticələrdə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının töhfəsini qeyd edib.

İnsan kapitalının inkişafının, əməkdaşların bilik və bacarıqlarının artırılmasının önəmini vurğulayan iqtisadiyyat naziri bunun gələcək uğurların əsas şərtlərindən olduğunu və dövlət başçısının müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması istiqamətində Nazirliyin hədəflərini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan İnvestisiya Şirkətinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib.

İqtisadiyyat naziri xidmətdə fərqlənən əməkdaşların təltif edilməsinin həmin şəxslərin əməyinə verilən yüksək qiymət olduğunu diqqətə çatdırıb, Nazirliyin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam