Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri -FOTO

 

Rusiya vətəndaşı olan erməni əsilli aktyor, ermənipərəst mövqeyi ilə seçilən TNT kanalında yayımlanan komediya filmlərində rol alan Ararat Keşyan Azərbaycanın suveren ərazisində həyata keçirilən qanunsuz fəaliyyətə “maddi yardım” ayırıb.

Yenixeber.org: O, Azərbaycanın Ağdam rayonunun Ballıqaya kəndinin ərazisində uşaq bağçasının yenidən qurulmasının koordinatoru və təşəbbüskarı kimi çıxış edib.

Bu məqsədlə “Biz birik” adlı layihəsinin “könüllü”ləri Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin nəzarəti və köməyi ilə Ballıqaya kəndinə tikinti materialları daşıyıblar.

Bu zaman qanunsuz fəaliyyəti dayandırmalı olan Rusiya sülhməramlıları yenidən ermənilərə qarşı sevgilərini nümayiş etdiriblər. Təbii ki, sülhməramlılar qanunsuz fəaliyyətə əngəl olmaq əvəzinə növbəti dəfə öz dəstəklərini nümayiş etdiriblər. Belə ki, Ararat Keşyanın göndərdiyi “yardım”ın daşınmasında fəhlə rolunu sülhməramlılar oynayıblar.

“Sülhməramlı fəhlələr” öz işlərini o qədər şövqlə görüblər ki, hətta separatçılar tikinti materiallarını əlcəklə daşıdıqları bir vaxtda, onlar buna ehtiyac belə duymayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam