Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağ üçün yaxın 10 ildə əsas strateji istiqamət açıqlanıb

 

İşğaldan azad edilmiş ərazilərdə təmiz ətraf mühitin təmin olunması yaxın 10 ildə əsas strateji istiqamətlərdəndir.

Yenixeber.org: Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev İqtisadiyyat Nazirliyi və Dünya Bankının birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatın təqdimatında bildirib.

O qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yeni imkanlar yaradıb:

"Azad edilmiş torpaqlarda "yaşıl" enerji, "yaşıl" kənd təsərrüfatı və "yaşıl" texnologiyaların tətbiqi üçün çox böyük potensial var. Bu ərazilərin bərpası zamanı müasir yanaşmaların tətbiqi gələcəkdə Qarabağın ekoloji problemlərdən azad "yaşıl" zonaya çevrilməsinə gətirib çıxaracaq".

R.Hacıyev qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın "yaşıl" texnologiyalar əsasında inkişafına investisiyalar hər il artır:

"Böyük investisiya tələb edən sahələrin inkişafı ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması baxımından da özünü doğruldur. "Yaşıl" iqtisadiyyata keçid mərhələsində resurslara qənaət, xammaldan təkrar istifadə, sənayedə ətraf mühitə dost texnologiyaların tətbiqi kimi məsələlərdə daha məsuliyyətlə hərəkət etməliyik və beynəlxalq əməkdaşlığı gücləndirməliyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam