Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bakıda Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb

 

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”yə (SAF-2022) start verilib.

Yenixeber.org:  Festivalın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, deputatlar iştirak ediblər.

Bildirilib ki, festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Festival 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.

SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, bu gün bütün dünyada təhsil dəyişir və ya dəyişməlidir: "Gələcək nəsli həmin çağırışlara və reallıqlara hazırlamaq lazımdır. Azərbaycan təhsili, işçisi və şagirdi 5 il ərzində xeyli yol qət edib. Artıq STEAM Azərbaycan təhsilinin ayrılmaz hissəsidir. Gələcək təhsilin bu gün atılan ilk addımlarıdır. Ötən il festival sırf ölkəni əhatə edirdisə, artıq bu il beynəlxalq səviyyədə keçirilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam