Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Polis Sumqayıtda əməliyyat keçirdi -FOTOLAR


Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində marketlərdən, evlərdən, habelə avtomobillərdən oğurluqlar edən şəxslər saxlanılıb.
Yenixeber.org: Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Fərid Baxşıyev, Daşqın Salmanov və Fərid Qurbanov tutulublar. Aparılan araşdırmalar zamanı bu şəxslərin Novxanı bağlar massivində 10-dan çox evdən kombi aparatları və digər məişət əşyaları oğurladıqları məlum olub.
Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı gecə saatlarında Sumqayıt şəhərində avtomobillərin şüşələrini qıraraq maşınların salonlarından və marketlərdən silsilə oğurluqlar edən Qabil Kərimov və Orxan Qurbanov da saxlanılaraq istintaqa təqdim ediliblər.
Həyata keçirilən sonuncu əməliyyat zamanı isə Sumqayıt şəhəri Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlayan Ruslan Qasımov, Roman İsmayılov və İbrahim Abdullayev saxlanılıblar.
Aşkar edilən faktlarla bağlı toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam