Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycanın XİN rəhbəri Varşavada keçirilən konfransda iştirak edir

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Regionda yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülh arxitekturasının perspektivləri” adlı konfransda iştirak edir.

Yenixeber.org: Konfrans Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilir.

Tədbir iştirakçıları Cənubi Qafqazda cari geosiyasi prosesləri, bu regionda davamlı sülhün və inkişafın təmin edilməsi perspektivlərini müzakirə edəcəklər.

Xatırladaq ki, dekabrın 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam