Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Neft Fondunun keçirdiyi tenderi Talıbovun ailə üzvlərinə bağlı şirkət uddu


Dövlət Neft Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Tender müsabiqəsinin qalibi “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC (VÖEN- 0200631761) olub.

Qalib şirkət Neft Fonduna 13 min 750 manat dəyərində təbii mineral içməli su satacaq. 
Məlumat üçün qeyd edək ki, “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC “Gəmiqaya Holdinq” olaraq bilinən şirkətlər qrupuna daxildir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şahbuz rayonunda yerləşən Badamlı kəndi ərazisidən çıxan eyni adlı mineral suyun istehsalı və satışı ilə də məşğuldur. 
Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuata bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılır və bugünə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü Gəmiqaya Holdinqin rəhbəri kimi qeyd edib.
Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
“Gəmiqaya” adı ilə fəaliyyət göstərən şirkətlərdən birinə - “Gəmiqaya-XXI” firmasına (VÖEN-0200013971) isə AMEA-nın prezidenti, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilən İsa Həbibəylinin qardaşı Yaqub Həbibbəyli rəhbərlik edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam