Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycanda məqsədli büdcə fondlarının ləğv edilməsi təklif olunur

Yenixeber.org: Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, məqsədli büdcə fondları üzrə bəzi əməliyyatlar, xüsusilə qalığın gəlirlərdə tanınması dövlət büdcəsi parametrlərində qeyri-müəyyənliklər yaradır.

"Qabaqcıl təcrübəyə əsasən gəlir kimi yalnız xalis dəyər artımı nəzərə alınmalı, başqa sözlə bu ya aktivlərdə artım, ya da öhdəliklərdə azalma ilə nəticələnməlidir. Məqsədli büdcə fondlarında isə müvafiq halda bu baş vermir. Bununla yanaşı, son illərdə ölkədə fiskal sahədə həyata keçirilən islahatlar, məsələn publik hüquqi şəxslərin yaradılması və onlara məqsədli maliyyələşmənin sifariş əsasında verilməsi məqsədli büdcə fondu anlayışının əhəmiyyətini azaltmaqdadır. Qeyd edilənləri nəzərə alaraq, məqsədli büdcə fondları ilə bağlı məsələlərə yenidən baxılmasını, fondların ləğv edilməsini, qalıqların sərbəst qalığa aid edilməsini, həmin fondların vəsaitini icra edən qurumlar üzrə xərclərin sifariş əsasında həyata keçirilməsini təklif edirik", - deyə Palata sədri qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam