Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Prezident Şabranda müalicə-istirahət kompleksinin açılışını edib

 

 

Şabranda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışı baş tutub.
"Xeberinfo.com":   Məlumata görə, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. 
Dövlət başçısına məlumat verilib ki, kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub.
Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib. Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub. Oteldəki “Mənzərə” restoranı, “Lavanda”, “Qala” və “Vitamin” barları qonaqların həm yüksək səviyyədə qidalanmaları, həm də asudə vaxtlarını daha maraqlı keçirmələri üçün geniş imkanlar açır. Burada SPA xidmətləri də təqdim edilir. Həmçinin hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları fəaliyyət göstərir.
Kompleksdə yerləşən tibbi mərkəz müasir avadanlıqla təchiz edilib. Burada müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılıb. Mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var.
Kompleksin layihəsindən görüntü
Dövlətimizin başçısı kompleksin kollektivi ilə görüşdü, açılış münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti kompleksin həyətində yaradılan şəraitlə də maraqlanıb.
“Qalaaltı Hotel & SPA” kompleksində təbiətin qoynunda, ətraf mühitlə harmoniyada yaşamağa üstünlük verənlər üçün milli faunanın elementlərini özündə əks etdirən dörd kiçik otel binası da inşa edilib. “Lalə”, “Zanbaq”, “Bənövşə” və “Mimoza” adlı bu otellərin hər birində 44 otaq var. Daha dəbdəbəli istirahət arzusunda olanlar üçün isə villalar təklif olunur.
Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb. Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min kvadratmetr ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib.
Komplekslə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.(ans press)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam