Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Prezident və xanımı Atıcılıq Mərkəzinin açılışını etdi

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər. 

 

"Xeberinfo.com":  Məlumata görə, Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına Mərkəz haqqında məlumat verib.

Bildirildi ki, Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edildi ki, Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir.

Bildirildi ki, Mərkəzdə idmançılar və məşqçilər, həmçinin qonaqlar üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqlar üçün yüksək şərait yaradılıb.

Diqqətə çatdırıldı ki, mərkəzdə 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib.

Belə bir müasir kompleksin yaradılması “Bakı-2015” ilk Avropa Oyunları zamanı idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək.

Qafqazinfo


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam