Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Iveco" avtobuslarının marşurut xətləri bilindi

 

Bakıda "BakuBus" MMC-yə məxsus "Iveco" sərnişin avtobuslarının ictimai nəqliyyatda hərəkəti üçün ilkin marşrut xətləri müəyyənləşib

"Xeberinfo.com":   "Report"un məlumatına görə, ilkin planlamaya əsasən, 1 nömrəli marşrut avtobusu "Koroğlu" m/st - "28 May" m/st, 2 nömrəli marşrut "20 Yanvar" m/st - "Azadlıq" m/st - Ziya Bünyadov, 3 nömrəli marşrut "Azadlıq" m/st - "Elmlər Akademiyası" m/st, 4 nömrəli marşrut "N.Nərimanov" m/st - "Xətai" m/st, 5 nömrəli marşrut "N.Nərimanov" m/st - 20-ci Sahə, 6 nömrəli marşrut "Azadlıq" m/st - 20-ci Sahə, 7 nömrəli marşrut "Azadlıq" m/st - Ziya Bünyadov - 20-ci Sahə, 8 nömrəli marşrut "Azadlıq" st - "28 May" m/st, 9 nömrəli marşrut "N.Nərimanov" m/st - "Caspian Mall", 10 nömrəli marşrut "N.Nərimanov" m/st - Azneft dairəsi, 11 nömrəli marşrut "N.Nərimanov" - "Elmlər Akademiyası" m/st, 12 nömrəli marşrut "20 Yanvar" m/st - 20-ci Sahə, 13 nömrəli marşrut "20 Yanvar" m/st - "Koroğlu" m/st , 14 nömrəli marşrut "20 Yanvar" m/st - "Xətai" m/st xətti üzrə hərəkət edəcək. 
"BakuBus"ın direktor müavini Vüsal Kərimli "Report"a bildirib ki, qeyd edilən marşrutlar üzrə avtobusların hərəkəti üçün zəruri icazə və sənədlər tələb olunur.
Onun sözlərinə görə, ilkin mərhələdə avtobuslar bu istiqamətlərdə fəaliyyət göstərəcək: "Bu, zəruri icazə və sənədlər toplandıqdan sonra reallaşacaq. Yeni marşrut xətlərində avtobusların hərəkətə başlaması avqustun sonu-sentyabrın əvvəlinə nəzərdə tutulub".
V.Kərimli deyib ki, "BakuBus"ın avtobuslarında nağd ödəniş olmayacaq və ancaq vahid ödəniş kartları tətbiq ediləcək. Bu kartlardan metroda da istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, vahid ödəniş kartlarını metro stansiyalardakı "BakıKart" terminallarından əldə etmək olar. Vahid sistemdə iki növ kart - "ümumi" və "məhdud istifadə" üçün olacaq.
"BakıKart" - plastik kartının qiyməti 2 manat, bir gedişin haqqı isə 0,20 manatdır. Balans terminallarda artırılır və kartlar geri qaytarılmır.
Məhdud istifadə üçün nəzərdə tutulan kartın qiyməti 0,20 manatdır. Kart alınarkən 1, 2, 3 və 4 gediş haqqını yükləmək mümkündür (1 gediş - 0,20 manat).
Terminallarda balansın artırılması mümkün deyil və kart ilk istifadədən 45 gün müddətində etibarlıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam