Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunur

 

Azərbaycanda tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunur.

Yenixeber.org: Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihədə tütün məmulatlarını istehsal və idxal edənlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə həmin Xidmətin göndərdiyi bildirişi aldıqları tarixdən etibarən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunması təklif olunur.

Qanun layihəsində həmçinin, Dövlət Vergi Xidməti tərəfindən yuxarıda qeyd olunan müddətin hər dəfə bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması halının da nəzərdə tutulduğu bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam