Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bəxtiyar Aslanbəyli “BP-Azerbaijan”-ın yeni vitse-prezidenti təyin edilib

 

“BP-Azerbaijan” şirkətinin Vergi və Gömrük Məsələləri üzrə regional direktoru Bəxtiyar Aslanbəyli şirkətin yeni vitse-prezidenti təyin edilib.
"Xeberinfo.com":   Məlumata görə, bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
O bildirib ki, yeni vitse-prezident vəzifəsinin icrasına avqustun sonunda başlayacaq.
Qeyd edək ki, B.Aslanbəyli bu postda xarici ölkə vətəndaşını əvəz edəcək.
Trend-in əldə etdiyi məlumata görə, bu gün BP Azərbaycan şirkətinin vitse-prezidenti vəzifəsinə təyin olunan B.Aslanbəyli şirkətin ictimaiyyət və dövlət orqanları ilə əlaqələri, korporativ sosial məsuliyyət proqramları, daxili audit və strategiya məsələlərinə məsul olacaq. Bundan əvvəl bu istiqamətlərə iki vitse-prezident cavabdeh idi. Bu təyinat şirkətin öz strukturunun optimallaşdırılması, eləcə də milliləşdirmə və yerli kadrların rəhbər vəzifələrə gətirilməsi siyasətinin nəticəsidir.
B.Aslanbəyli Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin məzunudur. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olub. 17 illik peşəkar faəliyyətinin 13 ilini BP-də faliyyət göstərib. Sonuncu vəzifəsi şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi və gömrük direktoru idi. Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərə görə 2014-cü ildə ARDNŞ-ın Fəxri Fərmanı ilə təltif olunub. B.Aslanbəyli peşəkar fəaliyyəti ilə yanaşı BDU-nun Beynəlxalq Münasibətlər fakültəsininin və ADA Universitetinin müəllimidir və akademik dairələrdə enerji geosiyasəti və təhlükəsizlik məsələləri üzrə ekspert kimi tanınır. 1 kitabın və beynəlxalq münasibətlərə dair 50-dən artıq məqalə və şərhlərin müəllifidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam