Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müəllimlərin diqqətinə:MİQ üzrə müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir

 

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir.

Yenixeber.org: Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat verib.

Bildirilib ki, vakansiya seçimlərinə bu gün saat 11:00-da start veriləcək və 12 sentyabr saat 11:00-da başa çatacaq.

Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq dörd vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.

Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Vakansiya seçimi etdikdən sonra elektron ərizəni təsdiqləmək lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam