Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Müəllimlər öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilərmi?

Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edib-edə bilməyəcəyinə məsələsinə aydınlıq gətirib.

Yenixeber.org: Nazir jurnalistlərə açıqlamasında bunun üçün nazirliyə bəlli büdcə planlanmasının lazım olduğunu deyib.

Hazırda bunun mümkün olmadığına diqqət çəkən E.Əmrullayev bildirib ki, proses dizayn ediləndə könüllü olsaydı, bütün yüksək bal toplamaq istəyən müəllimlər öncə gələcək və digər müəllimlər kölgədə qalacaqdı:

"Ona görə də bu, bəlli bir plan əsasında həyata keçiriləcək. Əvvəl də belə olub. Bildiyiniz kimi diaqnostika imtahanlarını da mərhələli şəkildə etdik. Təbii ki, kriteriya olaraq hansı bölgələrdə, hansı məktəblərdə təhsilin daha səmərəli təşkilini görürüksə, orada sertifikasiyanı daha tez etməyə çalışacağıq. Digər tərəfdən buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam