Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu gündən 9 illik bazadan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb

 

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

Yenixeber.org: Elanın tam mətni “Abituriyent” jurnalının bu nömrəsində çap olunub.

Jurnalda, həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya 

www.abiturient.az saytından sifariş etmək mümkündür.

Jurnalın elektron versiyasını (pdf formatında) bu gün saat 12:00-dan etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: 

http://eservices.dim.gov.az/ejurnal/).

Qeyd edək ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2022-ci il 7 sentyabrdan 11 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam