Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb

 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Yenixeber.org: Agentlikdən bildirilib ki, nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər həyata keçirilib. Bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.

Monitorinqlər çərçivəsində aşağıdakı içkilərin enerji içkisi olub-olmaması araşdırılıb:

1. “A+ Co” ASC tərəfindən istehsal edilən “Pit bull” – enerji içkisi deyil;

2. АО МПБК “Очаково” tərəfindən istehsal edilən “Mohito Fresh” – enerji içkisi deyil;

3. “OOO Megapak” tərəfindən istehsal edilən “Fresco” (mojito çiyələk) – enerji içkisi deyil;

4. “Boom Group” Ltd tərəfindən istehsal edilən “Boom” (cherry) – enerji içkisi deyil;

5. “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar” – enerji içkisi deyil;

6. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” (moxito) – enerji içkisi deyil;

7. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Berg glukose” – enerji içkisi deyil;

8. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” – enerji içkisi deyil;

9. “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon” – enerji içkisi deyil;

10. “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell” “Hell classic night” istisna olmaqla, enerji içkisi deyil;

11. “A+ Co” ASC tərəfindən istehsal edilən “Full orijinal yeni nəsil” – “Full energy” istisna olmaqla, enerji içkisi deyil;

12. “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” – enerji içkisi deyil.

Qeyd edək ki, yuxarıda sadalanan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir. Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.

Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən yuxarıda adları qeyd edilən içkilərin istehlakçılara “enerji içkisi” kimi təqdim olunması (həmin içkilərin enerji içkiləri adlı bölmədə yerləşdirilməsi, qiymət etiketində enerji içkisi qeyd olunması və s.) halları aşkarlanıb ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur.

Bildirilib ki, AQTA tərəfindən ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlərdə bu kimi hallar aşkarlandıqda, həmin obyektlərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.

AQTA istehlakçılara bildirib ki, qeyd olunan məhsulları alarkən enerji içkisi olmadığını nəzərə alsınlar və üzərində enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam