Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil Nazirliyi digər tədris dillərində oxuyacaq şagirdlərin valideynlərinə müraciət edib

 

İyunun 13-ü saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq.

Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən qeyd edilən tarixdən məktəb və müəllim seçiminə dair sorğular yerləşdirilə bilər.

Həmin tarixdən rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi və prioritetlər üzrə üstünlüyə malik olmayanlar üçün müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla) prosesinə də başlanılacaq.

20 iyun saat 18:00-da isə rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə müsabiqəyə yazılma prosesi bitir. 21-30 iyun tarixlərində də müsabiqələrin keçirilməsi planlaşdırılır.

5 iyul saat 11:00-dan etibarən isə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin aparılması prosesinə başlanılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam