Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“ACWA Power” Azərbaycanı “yaşıl enerji"yə keçid yolunda dəstəkləyəcək

 

“ACWA Power” Azərbaycanın “yaşıl enerji"nin inkişafı yolundakı fəaliyyətinin bir hissəsi olmaqdan məmnundur və Azərbaycana “yaşıl enerji"yə keçid yolunda dəstəyini davam etdirəcək”.

Yenixeber.org: Bunu “ACWA Power” şirkətinin investisiyalar üzrə Baş direktoru Klayv Turton Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda deyib.

Onun sözlərinə görə, şirkət karbon qazı tullantılarının azaldılmasına, sənaye üçün bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə və Azərbaycanda qalıq yanacaqlardan asılılığın azaldılmasına kömək edəcək.

K.Turton qeyd edib ki, təbii sərvətlər Azərbaycana bu sektorda uğurla inkişaf etmək imkanı verir.

İlin əvvəlində 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi energetika nazirinin müavini Elnur Soltanov və “ACWA Power” şirkətinin investisiya üzrə baş direktoru Klayv Turton imzalayıblar.

“ACWA Power” Azərbaycana təxminən 300 milyon ABŞ dolları sərmayə qoyub ki, bu, şirkətin Səudiyyə Ərəbistanından kənarda ən böyük sərmayəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam