Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İcra başçısı olmayan rayonlardan şikayətlər daxil olmur”


“Mən diqqət yetirmişəm ki, hansı rayonlarda icra başçısı yoxdur, ya vəfat edib, ya həbs olunub, həmin rayonlardan şikayət daxil olmur”.

Yenixeber.org: Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

“Deməli, həmin rayonların İcra Hakimiyyətinin binaları rayonu təyin olunan icra başçılarından daha yaxşı idarə edir”, - deyə F. Mustafa qeyd edib.

O bildirib ki, Azərbaycanda xeyli sayda lazımsız qurum və quruluşlar var: “Bunları aşkara çıxarıb, ixtisara salınması məsələsini həll etmək üçün xüsusi komissiya yaratmaq lazımdır. Lazımsız ştatların sayı müəyyən edilməldir. Bir sıra qurum yaradılır, sonra ləğv edilir və ya başqa tabeçiliyə verilir. BNA, TƏBİB, ABAD, DOST və başqa qurumların vəziyyəti ilə bağlı nəticələrin araşdırılmasına ehtiyac var”.

Fazil Mustafa eyni zamanda vurğulayıb ki, Sumqayıtda, Gəncədə, Bakıda yüzlərlə Sovet dövründən qalma müəssisəsələr özəlləşdirilib: “İndi onların əksəriyyəti xaraba qalıb. Ya sahibkarın pulu yoxdur, ya da kredit faizləri çox yüksəkdir. Ona görə də bu məsələ öz həllini tapmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam