Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Almaniya bütün sakinlərin Qarabağa qayıtmasını dəstəkləyir

 

"Almaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm azərbaycanlıların, həm də ermənilərin dinc yaşayışının təmin edilməsində maraqlıdır. Sakinlərin ora qayıtması bütün regionun inkişafına öz töhfəsini verəcək".

Yenixeber.org: Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

“Əhalinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi sülh və barışığa səbəb olmalıdır...Əlbəttə ki, insanların etnik mənsubiyyəti əhəmiyyət kəsb etmir, əsas olan onların doğulduğu regiondur. Əvvəl-axır ora köçürülən azərbaycanlılar ermənilərlə, ermənilər isə azərbaycanlılarla ünsiyyət quracaqlar. Ümumi köçürülmə o deməkdir ki, azərbaycanlılar Xankəndinə, ermənilər isə Hadruta və s. qayıda biləcəklər”, -səfir deyib.

O, bu yaxınlarda Şuşaya baş tutmuş səfəri zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə bu məsələnin müzakirə olunduğunu bildirib: “Bu ərazilərin bərpa imkanları barədə fikir mübadiləsi apardıq”, - səfir deyib.

Volfqanq Maniq Azərbaycanın Dövlət Komitəsinin Almaniyanın ən yaxın tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Səfirin sözlərinə görə, Almaniyada 1994-cü ildə qaçqınlarla bağlı xüsusi regional proqram qəbul olunub. Proqramın qəbul edilməsində məqsəd bu şəxslərin təhsilinin inkişaf etdirilməsi və gələcəkdə işlə təmin edilməsidir, lakin hazırda proqram köçürmə üçün nəzərdə tutulmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam