Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

"Cəbrayılda, Suqovuşanda, Zəngilanda yaxın vaxtlarda məktəblər istifadəyə veriləcək" -Nazir

 

"Azərbaycan təhsilinin son 50 ildəki inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".

Yenixeber.org: Bunu təhsil naziri Emin Əmrullayev "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 70-ci illərdə məktəb şəbəkəsinin genişləndirilməsi məhz onun adı ilə bağlıdır: "Belə ki, hazırda ölkədə 4400 məktəb fəaliyyət göstərirsə, 70-ci illərin əvvəllərində bu say 765, 1970-ci illərin sonunda isə 2 117-ə çatmışdı. Bu da o deməkdir bu göstərici 3 dəfə artmışdı. Bundan başqa ölkədə ali təhsillilərin sayı 70 mindən 100 minə kimi artıb".

E.Əmrullayev qeyd edib ki, ulu öndərin təhsil sahəsindəki siyasəti onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Xaricdə təhsil proqramından yararlanan bir azərbaycanlı kimi qeyd edə bilərəm ki, bu təhsil almaq imkanı baxımından gözəl şəraitdir".

"Təhsil sahəsindəki təşəbbüsləri sonrakı 50 ildə daha aydın görmək mümkündür. İndiki gənc nəsil onlar üçün yaradılan bütün şəraitdən lazımi səviyyədə istifadə etməlidirlər. Azərbaycan cəmiyyətinin yeni şanlı səhifəsi açılıb. Azərbaycan məktəbinin məzmunu Zəfərin öyrənildiyi yerdədir. Şuşa və Ağdamda məktəblər inşa edilir. Cəbrayılda, Suqovuşanda, Zəngilanda da yaxın vaxtlarda məktəblər istifadəyə veriləcək və orada da zəng çalınacaq"- nazir əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam