Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müəllim:"304 nömrəli məktəb Kürdəxanıda şagird sıxlığının qarşısını alacaq"

 

"Bir təhsil işçisi kimi kəndimizdə məktəb və mədəniyyət ocaqlarının açılmasına sevinirəm".

Yenixeber.org: Bunu Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin sakini, Tarix müəllimi və tarix üzrə tədqiqatçı Münəvvər Ələsgərova deyib.

O bildirib ki, qəsəbədə sakinlərin sayının gündən-günə artması yeni məktəbin açılmasını zəruri edib:

"Əhali sayının çox olduğuna görə, ərazidə olan 113 nömrəli tam orta məktəbdə şagird sıxlığı müşahidə olunurdu. Bu da təhsilin keyfiyyətinə təsir edirdi. Valideynlər daha keyfiyyətli təhsil üçün uşaqlarını daha uzaq yerlərə oxumağa göndərməyə məcbur olurdu. Artıq 304 nömrəli tam orta məktəb Kürdəxanı qəsəbəsində bu sıxlığın qarşısını alacaq və şagirdlərin keyfiyyətli təhsil almasında rol oynayacaq".

Qeyd edək ki, dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

Yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəb Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində inşa edilib.Təhsil ocağı 960 şagird yerlikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam