Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Svante Kornel:"Nəqliyyat yollarının açılması region üçün yeni imkanlar yaradır"

 

"Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması region üçün yeni mərhələnin başlanğıcı deməkdir".

Yenixeber.org: Bunu Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (ISDP) direktoru Svante Kornel Şuşada beyin mərkəzləri arasında keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” konfransında bildirib.

“Erməni separatçılığı Sovet İttifaqında bu cür münaqişələrə rəvac verib” – deyən qurum rəhbəri Qarabağ münaqişəsinin həllilə regionda yeni mərhələnin başladığını diqqətə çatdırıb: “Əlbəttə, qarşıda görüləcək xeyli işlər var”.

O, Azərbaycandakı iqtisadi artımın azad olunmuş əraziləri sürətlə bərpa etməyə şərait yaratdığını dilə gətirib.

Ekspert həmçinin Azərbaycanın müstəqil xarici siyasət yeritdiyini də qeyd edib: “Azərbaycana nəzarət etmək cəhdləri əbəsdir, onunla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq olar”.

Onun fikrincə, regionda yaranmış yeni reallıqlar Ermənistanı əvvəlki fikirlərindən daşınmağa vadar edib. O, Ermənistanı qonşularını işğal etməyə yox, onlarla təmas qurmağa başlamağa çağırıb.

Ekspert hesab edir ki, işğal olunmuş Azərbaycan torpaqları azad olunmayana qədər Ermənistanda da müəyyən daxili proseslər başlaya bilməzdi.

Regionda kommunikasiyaların açılmasının yeni imkanlar yaradacağı da diqqətə çatdırılıb: “Rusiyanın Ukraynaya hərbi müdaxiləsilə bağlı faciəvi hadisələr Şərqlə Qərb arasında ticarət əlaqələrini pozdu, nəticədə alternativ marşrutlara ehtiyac artdı. Zəngəzur dəhlizinin açılması bu mənada dəyərli töhfə ola bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam