Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir"-"Türkiyə təhlükəsizlik təminatçısı ölkələrindən biri olacaq”

               “Azərbaycan Prezidenti İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir”.

Yenixeber.org: Bunu Şərqi Avropa büromuzun müxbirinin sualını cavablandırarkən Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Bakı indiyədək Ukraynaya humanitar, tibbi yardımlar göndərib:

“Düşünürəm ki, silah baxımından Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, doğrudur. Bunu anlamaq mümkündür, çünki onların Qarabağ məsələsi var. Bu məsələ tarixi və mürəkkəbdir. Azərbaycan az ölkələrdəndir ki, biz onları başa düşürük”.

Azərbaycanla yanaşı Türkiyə ilə də yaxşı münasibətlərin olduğunu vurğulayan dövlət başçısı rəsmi Ankaranın hazırda tərəflərlə diplomatik görüşlər keçirdiyini bildirib:

“Türkiyə vasitəçi kimi çıxış etməyə hazır olan ölkələr arasında lider olmaq istəyini nümayiş etdirir. Türkiyə açıq-aydın bəyan edir ki, təhlükəsizlik təminatçısı ölkələrindən biri olacaq”.(report)  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam