Türkiyə hökuməti Azərbaycan və Ermənistan arasındakı sülh prosesini müzakirə edəcək
Türkiyə Nazirlər Kabinetinin aprelin 12-də keçiriləcək toplatısında Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edəcək.
Yenixeber.org: Toplantıda həmçinin Rusiya-Ukrayna müharibəsi, Türkiyədə iqtisadi vəziyyət və başqa məsələlər müzakirə olunacaq.
Kabinetin müzakirə edəcəyi məsələlər arasında terrorçuluğa qarşı mübarizə və yay fəslində davam edəcək əməliyyatlar da var.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasdan sonra ölkə əhalisinə müraciət edəcək.