Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

DSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

 

Aprelin 10-da Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

Yenixeber.org: DİM-dən verilən xəbərə görə Bakıda keçiriləcək imtahan saat 11:00-da başlayacaq.

Şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2022-ci il 1 fevral – 28 mart tarixlərində aparılıb və ümumilikdə 915 şagirdin iştirak edəcəyi nəzərdə tutulub.

İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır. İmtahana buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));

- imtahana buraxılış vәrәqәsini;

- sağlamlıq haqqında bәyannamәni.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

· ·Azərbaycan dili;

· ·Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 10 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 82 nəzarətçi-müəllim, 8 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam