Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rüstəm İbrahimbəyovun yerinə yeni sədr seçiləcək

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinə yeni sədr seçiləcək.

Yenixeber.org: Bunu yaradıcı təşkilatın katibi Əli İsa Cabbarov deyib.

O bildirib ki, seçkilər Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin mərhum sədri Rüstəm İbrahimbəyovun 40 mərasimindən sonra keçiriləcək.

Əli İsa Cabbarov söyləyib ki, strukturuna görə ittifaqın ali orqanı İdarə Heyətidir: "İdarə Heyətinin 18 üzvü var. Bundan əlavə işləri aparan icraçı isə katiblikdir. Katibliyin də 7 üzvü vardı. Rüstəm müəllim vəfat edəndən sonra say 6-ya düşüb".

Onun sözlərinə görə, katiblik hazırda R.İbrahimbəyovun sağlığında qoyduğu tapşırıqları yerinə yetirir, gündəlik məsələlərlə məşğul olur: "Yəni, filmlərin təbliğatı, kino məktəbi, müavinətlərin verilməsi ilə bağlı işlər görülür. Rüstəm müəllimin 40 mərasimindən sonra İdarə Heyəti yığışaraq təşkilatın ümumi iclasının vaxtını təyin edəcək. Ümumi iclasda bütün üzvlərin iştirakı ilə yeni sədr seçiləcək. Həmçinin İdarə Heyətinin üzvləri və katiblik də yenidən fomalaşdırılacaq”.

Xatırladaq ki, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində 83 yaşında vəfat edib. Onun cənzaəsi Bakıya gətirilib və martın 16-da I Fəxri xiyabanda torpağa tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam