Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbçimiz rus sülhməramlısına vəziyyəti izah edir: "Müqavilə ilə tanış olmusunuz?" -VİDEO


Sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin Qarabağda yerləşən Rusiya sülhməramlıları nümayəndəsi ilə dialoqunun görüntüləri yayılıb.
Yenixeber.org: Görüntülərin ötən gün Xocalı rayonunun Fərruz kəndində qeydə alındığı iddia edilir.

Videoda hərbçimiz mövqelərimizin atəşə tutulduğunu deyir:
“Ermənilərin 24 nömrəli mövqeyindən mütəmadi olaraq bizim bölmələr atəşə tutulur. Kəndlilər, mülki camaat silahlarla silahlanıb. Müqavilə ilə tanış olmusunuz? Sizin Putin, cənab prezidentiniz, bizim cənab İlham Əliyev, bir də ki Paşinyan qol çəkib. Elə deyil?”
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, son günlər Ermənistan mətbuatında Azərbaycan ordusunun Xocalı rayonunun bir sıra kəndləri istiqamətində irəliləməsi barədə xəbərlər dərc edilib. Azərbaycan Müdafiə Nazirliyindən yayılan xəbərlərlə bağlı bildirilib ki, sözügedən ərazilərdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
Bu gün isə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam