Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ciddi itkilər var:“kadırovçular”ı evə qaytardılar

Ciddi itkilərdən sonra Rusiya ordusunun çeçen döyüşçülərdən ibarət bölmələri – “kadırovçular” Qroznıya geri qaytarılıblar. Ukrayna KİV-i bu bürədə Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) istinadla xəbər verir.

Yenixeber.org: “Ukrainskaya Pravda” yazır ki, Rusiya ordusunun çeçen döyüşçüləri – Çeçenistan rəhbəri Ramzan Kadırovun şərəfinə “kadırovçular” adlandırılan dəstələr müharibə zamanı yüzlərlə döyüşü itiriblər.

Azadlıq Radiosu qeyd edir ki, UTX-nin əks-kəşfiyyatı “kadırovçuların” itkilərininin sayını və komandirlərinin adlarını açıqlayıb, eləcə də onların Rusiyanın müdaxiləsində detalları barədə məlumat verib.

Rusiyanın bir çox teleqram kanalları martın 13-də Ramzan Kadırovun iştirakı ilə zirzəmidə hərbi toplantı barədə kadrları yayıb. İddia olunurdu ki, çəkiliş Ukrayna ərazisində – Kiyevdən bir neçə kilometr aralıda aparılıb. Amma kəşfiyyat əmindir ki, Kadırov Ukraynada olmayıb. Martın 13 isə məhz o gündür ki, “kadırovçular” Kiyev vilayətindən Belarusa çıxarılıb, oradan isə Çeçenistana qaytarılıb.

Qeyd edək ki, çeçen döyüşçülərinin Ukraynaya müdaxilədə iştirakı barədə müharibənin ilk günlərindən xəbərlər gəlməkdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam