Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

30 ildən sonra Ağdama qayıdan rayon sakini qarın üzərində namaz qılıb -VİDEO

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə 71-ci reysi zamanı qeyri-adi olay baş verib.

Yenixeber.org: Rayon sakinlərindən biri ermənilərin dağıtdığı və hazırda Heydər Əliyev Fondunun bərpa etdiyi Cümə Məscidinin qarşısında namaz qılıb, dualar oxuyub. O, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ibadətini davam etdirib.

Məlum olub ki, həmin şəxs hazırda "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçi postunda çalışan Səttar Əliyevin qardaşı Şakir Əliyevdir.

Ş.Əliyev "Report"a açıqlamasında torpaqları geri qaytaran Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna, həmçinin səfər təşkilatçılarına təşəkkür edib.

Qeyd edək ki, 30 ildən sonra ilk dəfə doğma torapaqlarına qədəm basan ağdamlılar orada dəfn edilmiş yaxınlarının qəbirlərinə baş çəkərək, dualar oxuyub, ermənilərin dağıdaraq, yerlə-yeksan etdikləri müqəddəs yerləri ziyarət ediblər.

Səttar Əliyev uzun müddət "Qarabağ"ın müdafiəçisi qismində çıxış etdikdən sonra 2005-ci ildə karyerasını bitirib və məşqçiliyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam