Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nərimanovda Polis Günü münasibətilə tədbir keçirilib

  

Bu gün Azərbaycan Polisi Günü münasibətilə Nərimanov Rayon Polis İdarəsində tədbir keçirilib.

            "Xeberinfo.com":  Məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər.

            Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirdi.

Daha sonra tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb. Həmçinin ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb.

 

            Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyətinin “Fəxri fərman” və qiymətli hədiyyələri təqdim edilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam