Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Nərimanovda “Bilik günü” qeyd edildi

       

     Bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonunda da “Bilik günü” geniş miqyasda qeyd edilib. Tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə ediblər.

      "Xeberinfo.com":    Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2015-ci il tarixdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar rayon ərazisində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İradə Vəzirova tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyev Fonduna və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

       Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. A.Fərzəliyev Ümummilli Liderimiz Heydər Əliyevin respublikada təhsilin tərəqqi və inkişafı istiqamətində apardığı köklü islahatları diqqətə çatdırıb, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, eyni zamanda Ulu Öndərin ən layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

            Daha sonra Milli Məclisin deputatı Adil Əliyev və digər çıxış edənlər Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi naminə sərf etdiyi əməyə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinə və bu cür gözəl tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürlərini bildirib, fiziki məhdudiyyətləri olan uşaqlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

              Sonda internat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri – məktəbli geyimləri və dərs ləvazimatları təqdim edilib.

            Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
            Qeyd edək ki, 2014/2015-ci tədris ilində Nərimanov rayonu üzrə orta məktəbləri bitirənlərin sayı 1698 nəfərdir. 5 nəfər şagird məktəbi qızıl medalla bitirib. 2015-ci ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 90 nəfər, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı isə 30 nəfərdir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam