Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə modelinin Azərbaycan Ordusunda tətbiqi sürətləndiriləcək

Türkiyə modelinin Azərbaycan Ordusunda tətbiqi SÜRƏTLƏNDİRİLƏCƏK

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.

Yenixeber.org: Nazir bu barədə Komanda Məntəqəsində keçiriən xidməti müşavirədə bildirib.

Müşavirədə bölmələrin maddi-texniki və tibbi təminatının gücləndirilməsi, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsi, hərbi qulluqçuların isti geyim və yeməklərlə vaxtında təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun təkmilləşdirilməsi, eləcə də dağlıq ərazilərdəki yollarının daim işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam