Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sarı zolaqların aqibəti necə olacaq? (VİDEO)

 

May ayının 29-dan Birinci Avropa Oyunları zolağına icazəsi olmayan avtomobillərin girişi qadağan edilmişdi. Bu gün səhər saatlarından etibarən Baş Dövlət Yol Polis İdarəsinin siqnal layihə idarəsinin əməkdaşları tərəfindən həmin zolaqdakı qadağan edici yol nişanları sökülür.
"Xeberinfo.com":   Amma həmin zolaqdan istifadə etmək mümkün olacaq. Bəzi nəqliyyat vasitələri istisna edilməklə.
I Avropa oyunları öncəsi paytaxdakı bəzi yollara çəkilən oyunlar zolağı sabahdan etibarən bəzi avtomobillərə qadağan olunacaq.
May ayının 29-dan Avropa Oyunları zolağına icazəsi olmayan avtomobillərin girişinin qadağan edilməsini bildirən yol nişanları artıq sökülür. İyulun 1-dən yəni sabahdan etibarən bu yoldan minik avtomobilləri və ictimai nəqliyyat rahat istifadə edə biləcək. Yalnız yük avtomobilindən başqa.
Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa həmin sürücü o qədərdə cərimələnəcək. Nəzarətə qaldıqda isə buna müşahidə kameraları və ərazidə xidmət aparan polislər diqqət edəcək. Baş dövlət yol polis idarəsinin Siqnal idarəsinin əməkdaşları zolağın yük avtomobillərinə qadağanın edilməsi ilə bağlı nişanlar qoyub. Digər nişanlar isə sökülür. Gün boyu paytaxtın Ziya Bünyadov, Atatürk və Tbilisi prospektlərində yol nişanlarının söküntüsü və yenisinin qoyulması davam etdirilib.
Oyunlar öncəsi rayon qeydiyyatlı avtomobillərin şəhərə buraxılmasına qoyulan məhdudiyyət isə qüvvədə qala bilər. Baş dövlət Yol polis İdarəsidən bildirilib ki, Bakıda nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır. Müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan avtomobillərin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyət qüvvədə qalacaq. /Xezerxeber.com/

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam