Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yol polisi kütləvi cərimələrə başladı -Bakıda (VİDEO)

Bakı yollarında "IV İslam Həmrəyliyi Oyunları" üçün ayrılmış xüsusi zolağa girən digər avtomobillərin sürücüləri ötən gündən etibarən cərimə olunurlar.

Yenixeber.org:   Xezerxeber.az xəbər verir ki, qaydalara görə, müvəqqəti olaraq bu zolaqda yalnız operativ nəqliyyat vasitələri və xüsusi icazəsi olan avtomobillər hərəkət edə bilər. Hətta bunu qadağan edən nişanlar da zolaq boyu bir neçə yerdə qoyulub. Amma görünən odur ki, bəzi sürücülər həmin zolağa girərək kobud qayda pozuntusuna yol verirlər.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, 24 saat təhlükəsiz şəhər kameraları vasitəsi ilə zolaqlar olan yola nəzarət edilir. Hansı sürücü daxil olursa dərhal həmin sürücü barəsində elektron protokol tərtib edilir: "Artıq 520-dən çox sürücü cərimələnib".

Çəkilişlərdən də görünür ki, bir çox sürücülər səbirsizlik edib oyunlar zolağına daxil olurlar.

Sürücü bu qaydanı eyni gündə neçə dəfə pozarsa bir o qədər cərimə ediləcək. Cərimənin məbləği 40 manatdır. Oyunlar zolağına qanunsuz şəkildə girən sürücülərin cərimələnməsi isə mayın 25-ə kimi davam edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam