Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müdafiə Nazirliyinin hərbçilərinə “Müharibə veteranı” adı verilib -Prezident təqaüdü təyin edilib

Müdafiə Nazirliyinin hərbçilərinə “Müharibə veteranı” adı verilib, Prezident təqaüdü təyin edilib

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli sərəncamının icrası işləri çərçivəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Müharibə veteranı” adının verilməsinə başlanılıb.

Yenixeber.org: Nazirliyin hərbi qulluqçularına “Müharibə veteranı” adı verilərək Prezident təqaüdü təyin olunub.

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı son məlumatda “Müharibə veteranı” adının verilməsi üçün məlumatların “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən komissiyaların işi davam etdirdiyi bildirilib: "Təqdim edilən sənədlər və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76000 nəfərin adı artıq “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilib. 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam