Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TRACECA:"Azərbaycandan Ukraynaya yük daşımalar dayandırılıb"

TRACECA: Azərbaycandan Ukraynaya yük daşımalar dayandırılıb

Hazırda Ukrayna ərazisində baş verən hərbi əməliyyatlar yük daşımalarına ciddi təsir göstərib.

Yenixeber.org: Bu barədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

O qeyd edib ki, TRACECA katibliyi tərəfindən Ukrayna ilə əlaqə saxlanılıb.

“Hazırda vəziyyət olduqca gərgindir. Limanların fəaliyyəti demək olar ki, dayanıb. Hazırda Ukrayna tərəfi yükləri göndərmir və yeni yüklər qəbul etmir. Sadəcə, ölkədə qalan avtomobillərin çıxarılması üzərində iş gedir”, – deyə R.Bayramov əlavə edib.

Xatırladaq ki, Ukrayna parlamenti 2017-ci ildə Qara və Xəzər dənizləri bölgəsində dəmir yolu-bərə nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı haqqında sazişi ratifikasiya edib. Ukrayna “Yeni İpək yolu” (Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan xətti) dəhlizi çərçivəsində dəmiryol-bərə yükdaşımaları həyata keçirir. 2019-cu ildə isə Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub.

Qeyd edək ki, TRACECA çərçivəsində 13 ölkə fəaliyyət göstərir. Bunlar Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam