Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cari il ərzində neçə şagird təhsildən yayınıb? -AÇIQLAMA

 

Cari il ərzində təhsildən yayınan və təhsilə cəlb edilməyən şagirdlərin sayı açıqlanıb. 

Yenixeber.org: Bakı Şəhəri üzrə Tədris İdarəsindən (BŞTİ) bildirilib ki, İdarə rəhbərliyi tərəfindən bütün ümumtəhsil məktəblərində təhsilin icbariliyi ciddi nəzarətə götürülüb:

“Belə ki, cari tədris ilində təhsildən yayınan və təhsilə cəlb edilməyən 80 məktəbyaşlı uşaq təhsilə cəlb edilib. Eyni zamanda ailə-məişət zəminində yaranan problemlər səbəbindən təhsildən yayınan şagirdlər barədə məktəb rəhbərliyi tərəfindən ərazilər üzrə rayon polis idarəsinə və rayon icra hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasına rəsmi qaydada müraciət edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəblərinin I-IX siniflərində aylar üzrə davamiyyətin hesabatı aparılır. Məktəb rəhbərləri tərəfindən dərslərə müntəzəm davam etməyən, üzrsüz səbəbdən dərs buraxan şagirdlərin valideynləri ilə əlaqə saxlanılır, dərs buraxmanın səbəbi araşdırılır”.

Eyni zamanda məlumatda o da qeyd edilib ki, ümumi təhsil məktəblərində icbari təhsilin həyata keçirilməsi məktəblərin Fəaliyyət Planında xüsusi bölmədə qeyd edilməklə “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”yə uyğun olaraq şagird kontingentinin sabit saxlanılması, icbari təhsilin mahiyyəti və zərurəti, yerinə yetirilməsi vəziyyəti müzakirə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam